"STR" MMC
Mişar daşı tozunun emalı, istehsalı və satışı
Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən "STR" MMC fəaliyyətə 2001- ildən başlamışdır və Azərbaycanda sement istehsalı üçün əsas xammal olan əhəng daşı tozunu istehsal edən yeganə müəssisədir. Müəssisə dünya standartlarına uyğun, müasir texnoloji avadanlıqlarla və texnika ilə təchiz olunmuş, istehsal prosesləri avtomatlaşdırılmış və işçilər üçün yüksək istehsal və əmək şəraiti yaradılmışdır. Daş tozu istehsalı üçün xammal kimi mişar daşı istehsalı zamanı yaranan tullantılardan istifadə olunur.
Müəssisənin dalan dəmiryolu xətti (Qaradağ r. Qaradağ dəmiryol stansiyasından təqribən 20 km məsafədə) vardır. Müəssisə istehsal məhsullarını ölkəmizin istənilən yerlərinə göndərilməsini təşkil edir.