"AZƏRİKİMYA İSTEHSALAT VƏ XARİCİ İQTİSADİ ƏLAQƏLƏR" ASC
Mebel, PVC və alüminium qapı-pəncərə istehsalı və satışı
Bakı ş. Nərimanov rayonu (Dərnəgül) ərazisində yerləşən "Azərikimya Xarici İqtisadi Əlaqələr" ASC-də, müasir avadanlıqlarla təchiz edilmiş və geniş istehsal gücünə malik mebel, PVC və alüminium qapı-pəncərə, taxta qurutma, plastic boru, beton üzlük plitə (tamet), polyester vanna və su çənləri sexləri fəaliyyət göstərir. Bu sexlərdə standart və sifarişə əsasən istənilən ölçülərdə məhsullar istehsal olunur.
Müəssisənin dalan dəmiryolu xətti (Bakı ş. Keşlə dəmiryol stansiyasından təqribən 15km məsafədə) vardır. Müəssisə istehsal məhsullarını ölkəmizin istənilən yerlərinə göndərilməsini təşkil edir.