"İMİŞLİ DƏMİR BETON" ASC


Beton məmulatlarının və əmtəə betonu istehsalı və satışı

«İmişli Dəmir-Beton» ASC İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşir və Azərbaycanın cənub bölgəsində, monolit, əmtəə və yığma dəmir-beton məmulatları istehsal edən ən böyük müəssisədir. Müəssisə 40 ildən artıq bir müddətdir ki, fəaliyyət göstərir və dəmir-beton məmulatları istehsalında böyük təcrübəyə, ənənələrə və geniş istehsal gücünə malikdir. Hal-hazırda «İmişli Dəmir-Beton» ASC, müxtəlif markada əmtəə betonu, müxtəlif ölçüdə beton su novları (latoklar), kanal plitələri (2x3m və 1,5x3m), dam örtük panelləri (1.5x5.10m), boşluqlu mərtəbəarası plitələr (1.2x5.86, 1.2x6.26 və s.), divar panelləri, özül blokları (0.4x0.6x2.40 və s.), beton borular (D400, D600, D1000x5m, D1000x2m, D1500x2m və s.), müxtəlif bardürlər, beton elektrik dirəkləri (7m, 11m) və digər dəmir-beton məmulatları istehsalı ilə məşğul olur.
Müəssisənin dalan dəmiryolu xətti (İmişli r. Vətəqə dəmiryol stansiyasından təqribən 15km məsafədə) TM2 markalı bir teplavozu vardır. Müəssisə istehsal məhsullarını ölkəmizin istənilən yerlərinə göndərilməsini təşkil edir.