"Bəhrəmtəpə Çınqıl" ASC
Qırma daş, çınqıl və qum istehsalı və satışı
«Bəhrəmtəpə-Çınqıl» ATSC Imişli rayonu ərazisində Araz çayının sahilində yerləşən «Bəhrəmtəpə-Çınqıl» ASC, xalq təsərrüfatının müxtəlif sahələrində (tikinti-inşaat, yol çəkilişi,kənd təsərrüfatı və s.) istifadə olunan qırmadaş, qum və çınqıl istehsal edən, dünya standartlarına uyğun texnoloji avadanlıqlarla və texnika ilə təchiz olunmuş və ölkəmizdə ən böyük yeraltı qum-çınqıl ehtiyatlarına malik bir müəssisədir. Müəssisədə standartlara uyğun 0-6, 6-12, 12-20mm və sifarişə əsasən istənilən ölçü və qarışıqda məhsul istehsal olunur. «Bəhrəmtəpə-Çınqıl» ATSC- nin karxanalarında çıxarılan çınqılın bərkliyi, ölkəmizdə olan digər karxanalardakı çınqılların bərkliyindən dəfələrlə çoxdur. Qum,qırmadaş və çınqıl məmulatları, S.Ə.Dadaşov adına Elmi Tədqiqat İnşaat Materialları İnstitutunun «Tikinti məmulatları» və «Sement və yerli yapışdırıcıları» laboratoriyalarında sınaqdan keçirilmiş və məhsulun keyfiyyəti yüksək qiymətləndirilmişdir. Müəssisənin dalan dəmiryolu xətti (İmişli r. Vətəqə dəmiryol stansiyasından təqribən 15km məsafədə) TM2 markalı bir teplavozu vardır. Müəssisə istehsal məhsullarını ölkəmizin istənilən yerlərinə göndərilməsini təşkil edir.