"MUĞAN SU ELEKTRİK STANSIYASI" ASC
Elektrik enerjisinin istehsalı və satışı
"Muğan SES" ASC İmişli rayonu Məzrəli kəndi ərazisində yerləşir və Azərbaycanın cənub bölgəsində ekoloji təmiz elektrik enerjisi istehsal edən yeganə müəssisədir. Muğan SES Muğan su kanalının üzərində, 1962 ci ildə tikilmişdir. Stansiyanın ümumi istismar gücü 4.5 mvt.-dır. Uzun müddət istifadəsiz dayanan stansiya 2003 cü ildə özəlləşdirilmiş və əsaslı təmirdən sonra fəaliyyətə başlamışdır. Hal-hazırda stansiyanın istismar gücünün artırılıb 6 mvt-a çatdırılması istiqamətində layihələndirmə işləri aparılır. Muğan SES-də istehsal olunan enerji stansiyaya məxsus 6\35 kv yüksəldici yarımstansiya vasitəsilə Azərbaycanın ümumi enerji sisteminə, "Bəhrəmtəpə Çınqıl" ASC və "İmişli Dəmir- Beton" ASC verilir. Illik istehsal həcmi 14-18 milyon kvt\saatdır.