"ARBİTR-KONSALTİNQ" MMC

Hüquq xidmətləri

"Arbitr-H.T.İ Konsaltinq" MMC (Hüquqi, fiziki şəxslərə hüquq və mühasibat xidmətləri) Holdinqin Hüquq Departamenti («Arbitr - H.T.İ. Konsaltinq» MMC) aşağıdakı xidmətləri təklif edir.


Hüquq Departamenti öz fəaliyyətini iki istiqamətdə həyata keçirir:

  • Holdinqə və onun təsisçilərinə hüquqi xidmətlərin göstərilməsi;
  • Holdinqə daxil olmayan sahibkarlara, hüquqi şəxslərə və fiziki şəxslərə müqavilə əsasında ödənişli hüquqi xidmətlərin göstərilməsi.

Hüquq Departamenti öz fəaliyyətini üç formada həyata keçirir:

  • Hüquqi xidmətin göstərilməsi;
  • Dövlət orqanlarında, inzibati orqanlarda və məhkəmələrdə təmsilçilik;
  • Müəssisələrdə kadr işinin təşkili (bura müəssisələrdə işə qəbul və işdən azad olunmanın qüvvədə olan əmək qanunvericiliyinə uyğun sənədləşdirilməsinə nəzarət etmək, əmrlərin və əmək müqavilələrin layihələrini hazırlamaq, işə yeni qəbul edilən şəxslərin təlimatlandırılması, sənədlərin müvafiq qaydada saxlanılmasının təmin edilməsi daxildir).

Hüquq Departamenti həmçinin:

  • Ərizələrin, iddia ərizələrinin hazırlanmasında;
  • Hüquqi şəxslərin təsis sənədlərinin (təsis müqaviləsi, Nizamnamə və s. sənədlər) hazırlanmasında;
  • Məhkəmə qətnamələrinin icra edilməsində;
  • Arbitraj məhkəmələrində təmsilçilikdə;
  • Fiziki və hüquqi şəxslərin daşınmaz əmlakının qeydiyyata alınması və sənədləşdirilməsində müştərilərə keyfiyyətli hüquq xidmətlərinin göstərilməsinə təminat verir!

Hüquq Departamenti hazırda «Bakıelektrikşəbəkə» ASC-yə müqavilə əsasında hüquqi xidmət göstərir.