"Aristokrat İnşaat" MMC
“Aristokrat-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respubliksı Vergilər Nazirliyinin 8 saylı Ərazi Vegilər İdarəsi tərəfindən 18 mart 2008-ci ildə dövlət qeydiyyatına alınmışdır.
Cəmiyyət aşağıdakı xidmətləri təqdim edir:
- Yaşayış evləri və çoxfunksiyalı komplekslərin, binalar və tikililərin, xüsusi mülklər və kotteclərin tikintisi. Binaların yenidən qurulması, VIP mənzillərin əsaslı təmir olunaraq təhvil verilməsi;
- Binalarda və müxtəlif təyinatlı qurğularda əsaslı təmir işlərinin layihələndirilməsi;
- Baş layihəçi funksiyasının icraçısı;
- Yaşayış və kommersiya təyinatlı mənzillərin yenidən planlaşdırma layihələri;
- Mövcud binaların yenidən qurulması, üst qatının artırılması və gücləndirilməsi;
- Daşıyıcı qabiliyyətə malik tikinti konstruksiyaların hesablanması;
- Obyektlərin texniki cəhətdən yenidən təchiz olunması;
- İnteryer dizayn: mənzillər, ofislər, kotteclər, mağazalar, kafelər, restoranlar;
- Sərgilərin, vitrinlərin dizaynı.
Tikinti işlərinin çox zəhmət tələb edilməsini nəzərə alaraq hələ layihələşdirmə prosesində bütün tikinti risklərini minimuma endirməyi vacib sayırıq.