EKS PREZİDENTİN MÜRACİƏTİ

"Mən fəxr edirəm ki, Azərbaycanlıyam!" - nə qədər əzəmətli, qüdrətli kəlmələrdir. Bu ifadə sahibi olan Azərbaycan dövlətinin qurulması üçün həyatını çəkinmədən təhlükəyə atan, ümummilli lider, mərhum prezidentimiz Heydər Əliyev böyük məharətlə yüksək tribunalardan söyləmişdi. Belə bir qüdrət sahibinin səmimiyyət və qəlb çırpıntısı ilə söylədiyi bu kəlmələrdə nə qədər böyük məhəbbət var, böyük sevgi var. Bunu yalnız ömrünü bu xalq, bu dövlət üçün xərcləyən insan deyə bilər. Onun hakimiyyəti dövrlərinə ötəri nəzər salsaq görərik ki, onun Azərbaycan üçün etdikləri sıralansa bir ömrə sığmaz. Lakin bu ömrü yaşayan məğrur, qətiyyətli böyük dahi insan Heydər Əliyev bütün varlığını xalqının, dövlətinin uğrunda sərf etdi, yorulmadan çalışdı, qüdrətli, özü kimi əzəmətli bir dövlət qurdu.

Azərbaycan məhz Heydər Əliyevin rəhbərliyi sayəsində Avropaya inteqrasiya etdi. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarına üzv olmaqla yanaşı yüksək kürsülərdən Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq hüququ qazandı. Bu illər ərzində ən mühüm və strateji əhəmiyyət baxımından Azərbaycana külli miqdarda gəlir gətirəcək neft layihələri həyata keçirildi. Əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər proqramı işlənib hazırlandı. Təhsilin, səhiyyənin, incəsənətin və.s. sahələrin inkişafına xüsusi fikir verilirdi. Ordu quruculuğu, onun keyfiyyətinin yüksəldilməsi və təminat şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Bütün bu işlər ölkəni fəlakətlərdən qurtulduğu gündən 15 iyun 1993 cü ildən başlayır .

Cəfər Vəliyev
"Messenat Holding Şirkətlər qrupu"nun birinci prezidenti (2006-2012)